ölkə kodlu yüksək səviyyəli domen

Qlobal İnternet şəbəkəsində ölkəyə məxsus milli seqmenti əks etdirən şərti işarə

ölçmələrin yerinə yetirilməsi üsulları
ötmə
OBASTAN VİKİ
Yüksək səviyyəli ölkə domenləri
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Yüksək səviyyəli domenlər
Yüksək səviyyəli domenlər (ing. Top-level domain (TLD) — DNS iearxiyasında ən yuxarı səviyyədə olan domenlərdir. Top - level domenlər aşağı səviyyədəki domenlərin tərkib hissəsidir. Məsələn, www.example.com domenində .com top level domendir. İlk dəfə olaraq ICANN təşkilatı tərəfindən yüksək səviyyəli 250 domen yaradılmışdır. Bunlardan 243-ü ölkələrə məxsus yüksək səviyyəli milli domenlər və 7-si yüksək səviyyəli ümumi istifadəli domenlərdir. Domenlər ingilis hərflərindən, rəqəm və defisdən ibarət ola bilər. Defis adın əvvəlində və axırında gələ bilməz, domen adın minimum uzunluğu zonadan asılı olaraq 2-3-simvol, maksimal uzunluğu isə 63 olmalıdır . Hazırda milli domenlərin ümumi sayı 250-dir. Onların sayı ISO 3166-1 beynəlxalq standartı kimi qəbul edilən dövlətlərin iki hərfli koduna uyğun gəlir.
Açıq kodlu
Açıq mənbəli proqram təminatı — müəllif hüquqları sahibinin istifadəçilərə proqram təminatını və onun mənbə kodunu hər kəsə və istənilən məqsədlə istifadə etmək, öyrənmək, dəyişdirmək və yaymaq hüququnu verdiyi lisenziya əsasında buraxılan kompüter proqramı. Açıq mənbəli proqram təminatı birgə, ictimai şəkildə hazırlana bilər. Açıq mənbəli proqram təminatı açıq əməkdaşlığın bariz nümunəsidir, yəni istənilən istifadəçi orda onlayn iştirak edə bilər və bu da mümkün töhfə verə biləcək istifadəçilərin sayını sonsuz edir. Kodu yoxlaya bilmək imkanı ictimai etimadı asanlaşdırır. Açıq mənbəli proqram təminatının tərtibatı bir şirkətin perspektivlərindən kənar müxtəlif perspektivlər gətirə bilər. Standish Group-un 2008-ci il hesabatında açıq mənbəli proqram modellərinin istifadəsinin istehlakçılar üçün ildə təxminən 60 milyard dollar qənaətlə nəticələndiyini bildirir. Açıq mənbəli kod öyrənmək üçün istifadə oluna bilər və bacarıqlı son istifadəçilərə proqram təminatını öz şəxsi ehtiyaclarına uyğunlaşdırmağa imkan verir. Nəticədə oxşar istəklərə sahib olan istifadəçilər öz modifikasiyalarını fork kimi dərc edir və ya mümkün təkmilləşdirmələri birbaşa "pull request" kimi təqdim edir. == Tarixi == 1950-ci və 1960-cı illərdə hesablamanın ilk günlərində proqramçılar və tərtibatçılar bir-birindən öyrənmək və hesablama sahəsini inkişaf etdirmək üçün proqram təminatını bir-birləri ilə paylaşırdılar. Məsələn, Unix istifadəçilər üçün əməliyyat sisteminin mənbə kodunu ehtiva edirdi.
Domen
Domen — veb saytınızın internetdəki adı və ünvanıdır. Bu ünvan olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər. 1985-ci ildə ilk funksional domenlər yaradılmışdır. Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir. 15 mart 1985-ci ildə dünyada qeydiyyatdan keçmiş ilk domen – “Symbolics.com” İnternetdə istifadəyə verilmişdir. Bu domen kompüter sənayesinin pioneri, “Open Genera Lisp” və “Macsyma” kompüterlərinin istehsalçısı olan “Symbolics” şirkətinə məxsus idi. Domen ip ünvanı adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Məsələn az.wikipedia.org yazdığınızda internet öncə bunu ip ünvanına çevirir sonra isə sizi bu ip ünvanına yönləndirir. Veb saytınızı ziyarət etmək istəyənlərin ip ünvanınızı bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 91.198.174.192 ip ünvanı az.wikipedia.org saytına aiddir.
Ölkə
Ölkə — müəyyən sərhədə və dövlət suverenliyinə malik coğrafi ərazi olub, sərbəst və ya başqa dövlətin hakimiyyəti altında fəaliyyət göstərə bilir. Çox vaxt ölkə ilə dövlət anlayışları bir-birinə sinonim kimi işlədilir. Ancaq onların arasında müəyyən fərq vardır. Ölkə daha çox mədəni, coğrafi vəhdətlik və başqa amilləri nəzərə aldığı halda, dövlət ilk növbədə müəyyən ərazi daxilində hakimiyyətin siyasi sistemini təsvir edir. Məsələn, Britaniya imperiyası vahid dövlətdir, amma bir neçə ölkədən ibarətdir. Başqa misal, müasir Azərbaycan və kommunist dövründəki Azərbaycan — eyni ölkə olaraq qalmış, amma dövlət dəyişilmişdir. Bir ölkənin simvolları ölkənin ibarət olduğu hər hansı bir millətin və ya irqin mədəni, dini və ya siyasi simvolunu göstərir. Bayraqlarda, gerbdə və ya möhürlərdə görünə bilən bir çox simvol kateqoriyası var.
Domen (dəqiqləşdirmə)
Domen
Domen (tarix)
Domen — feodalizm dövrünə aid anlayış. == Ümumi anlayış == Feodalın torpaqları iki hissəyə bölünürdü: domen-yəni ata mülkü, şəxsi mülkiyəti, və idarəsi altında olan ərazilər. Məsələn fransız krallarının özəl mülkləri İl de-Frans sayılırdı. Öz domenindən başqa, onun bütün ölkədə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). Müsəlman aləmində bunlara xass (hökmdarın öz torpaqları) torpaqlar deyilirdi, digər torpaqlar divan (dövlətin torpağı) adlanırdı. Rusiyada buna (opriç) deyilirdi.
Domen (İzer)
Domen (fr. Domène) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38150. Kommunanın 2012-ci il üçün əhalisi 6588 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 214 ilə 520 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 9 km şimal-qərbdə yerləşir.
Domen ad
Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır. Domen adına qərar verdikdən sonra domen yoxlamaq mərhələsinə gələ bilərsiniz. Biznesinizin üçün satın almağı düşündüyünüz domen adlarının boş olub-olmadığını burada yoxlamalısınız. Daha sonra isə satın alma mərhələsinə keçə bilərsiniz.
Domen adı
Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır. Domen adına qərar verdikdən sonra domen yoxlamaq mərhələsinə gələ bilərsiniz. Biznesinizin üçün satın almağı düşündüyünüz domen adlarının boş olub-olmadığını burada yoxlamalısınız. Daha sonra isə satın alma mərhələsinə keçə bilərsiniz.
Domen nümayəndəliyi
Domen nümayəndəliyi— domen zonasının bir hissəsi üzərində nəzarətin digər məsul tərəfə verilməsidir. Texniki cəhətdən nümayəndə heyəti zonanın saxlanması və onun məzmununun müəyyən edilməsi üçün cavabdeh olan DNS serverinin (üçüncü tərəfə məxsus) ünvanını təyin edən NS qeydindən istifadə etməklə həyata keçirilir. IP ünvan diapazonları in-addr.arpa domen zonasından istifadə etməklə, IPv6 ünvan diapazonları isə ip6.arpa domen zonasından istifadə etməklə istehsal edilir. Domen qeydiyyatı müddəti başa çatdıqdan sonra domen nümayəndə heyətindən çıxarılır və bloklama dövrü başlayır, bundan sonra domen qeydiyyatdan keçmiş domenlərin reyestrindən çıxarılır.
Domen parkinqi
Domen parkinqi— domendən təyinatı üzrə istifadə etmədən (veb saytların yaradılması üçün) parkinq xidməti göstərən DNS serverlərində domen adının qeydiyyatıdır. Domen parkı istifadə olunmamış domen adını sahibinə rezerv etməyə (saxlamağa) imkan verir. == Xidmət təsviri == Domen parkinqi həm tamamilə qeyri-kommersiya xidməti kimi, həm də pul münasibətləri əsasında təqdim edilə bilər. Qeyri-kommersiya parkı siz onlardan domen aldığınız zaman bir çox domen adı qeydiyyatçıları, həmçinin adətən "domeninizi əlavə edin" adlı xidməti təqdim edən hostinq provayderləri tərəfindən təmin edilir. Bundan əlavə, qeyri-kommersiya domen parkı üçün üçüncü tərəf İnternet xidmətləri var. Belə pulsuz xidmətlərə misal olaraq park edilmiş domeni idarə etmək üçün çox geniş xidmətlər təklif edən MyDomain.com-u deyə bilərik. (2012-ci il iyulun 1-dən xidmət pullu oldu və bir domenin saxlanması üçün 1 dollar alınır). Yerli xidmətlər arasında isə ən məşhur olan "Yandex DNS Hosting"-dir. Qeyri-kommersiya domen parkının əsas məqsədləri müvəqqəti istifadə olunmayan domeni rezerv etmək və ya onu aktiv sayta yönləndirməkdir. Kommersiya əsaslı domen parkı adətən reklamla, həmçinin kiberskvottinq, domenləşdirmə və bu hadisələrə qarşı mübarizə ilə əlaqələndirilir.
Aşağı səviyyəli dil
Aşağı səviyyəli dil (en. low-level language) – adətən, az sayda idarəetmə komandaları və verilənlər tipləri olan maşından-asılı proqramlaşdırma dili. Aşağı səviyyəli dildə (məsələn, assemblerdə) yazılmış proqramın hər bir deyimi, adətən, bir maşın komandasına uyğun olur. == Nümunə == Assembler dilində n-ci Fibonaççi ədədini hesablayan kod Sehvdi bunlari hamisi == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dağlıq ölkə
Dağlıq ölkə — Yer kürəsinin bir neçə min kilometr məsafədə, dəniz səviyyəsindən çox yüksəklikdə yerləşən mürəkkəb konfiqurasiyalı səthi. Konkret sərhəddi və coğrafi adı var (məsələn, Alp, Qafqaz, Altay və s.
Sosialist ölkə
Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər. Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur. Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir.
Virtual ölkə
Virtual dövlət (ing. virtual state) — Virtual aləmdə dövlətçilikləri elan edilən, ancaq klassik dövlət anlayışına uyğun gəlməyən, onları imitasiya edən təsisatlar. Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət virtual dövlətləri rəsmi tanımırlar və ciddi qəbul etmirlər. Bəzi virtual dövlətlər hətta müəyyən kiçik əraziyə və az sayda (bəzən bir ailə) məskunlaşmış əhaliyə malik olsalar da, onlar sadəcə olaraq qeyri-ciddi təsisat sayılır və "mikrodövlət", "kiberdövlət", "fantaziya dövləti" və "mikromillət" adlandırılırlar.
Ölkə paytaxtları
Kursivlə yazılmış ölkələr asılı ərazilərdir.
Ölkə riski
Ölkə riski — bankın yerləşdiyi ölkənin ümumi kredit qabiliyyətinin dəyişməsi və bunun bankın vəziyyətinə təsirini müəyyən edən riskdir. Suveren hökumətin hərəkətlərinin müəyyən bir ölkə ilə əlaqəli borclunun öz öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir göstərməsi riskinin dərəcəsidir. Birbaşa və bilavasitə risklər mövcuddur. == Ən aşağı risk səviyyəsinə malik 20 ölkə == Ən aşağı riskli ölkələr: Lüksemburq — 100 Norveç — 98 İsveçrə — 98 Danimarka — 95 ABŞ — 94 İsveç — 94 Finlandiya — 93 İrlandiya — 93 Hollandiya — 93 Avstriya - 93 Böyük Britaniya — 92 Kanada — 92 Belçika — 91 Almaniya — 91 Fransa — 90 Avstraliya — 90 İslandiya — 89 Yaponiya — 89 Sinqapur — 88 İspaniya — 88 == 20 ən riskli ölkə == == İstinadlar == == Xarici keçidlər == Coface Economic Studies Credendo Country Risk Ratings The Benche Analysis & Reports Euler Hermes Country Reports Maplecroft The PRS Group, Inc.
Domen adı spekulyasiyası
Domen adı spekulyasiyası (ing. domaining)— İnternet domen adlarının sonradan mənfəət məqsədi ilə yenidən satışa çıxarılması üçün müəyyən etmək, qeydiyyata almaq və əldə etmək üsuludur. Bu trafik növünə aid ola biləcək sözləri əhatə edən domen adları haqqında fikir yürütmək adi haldır. Buna görə də, «poker» (poker), «insurance» (sığorta), «travel» (səyahət), «creditcards» (kredit kartları), «sex» və digərləri kimi ümumi sözlər və ifadələr istənilən yüksək səviyyəli domendə spekulyasiya üçün cəlbedici hədəflərdir. Domen adının spekulyativ xüsusiyyətləri xəbərlər və ya cari hadisələrlə əlaqəli ola bilər. Həmçinin, bu cür imkanların aktual olduğu effektiv dövr məhdud ola bilər. Domen satışında sürətli dönüş çox vaxt domen dempinqi adlanır.
Yüksək Sədaqət
Yüksek Sadakat — Türkiyənin rok qrupudur. Onların musiqi alternativi rok musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Kenan Vural, Kutlu Özmakinacı, Sərkan Özgən, Uğur Onatkut, Alpay Şalt ibarətdir. Kenan Vural qrupun solistidir. TRT Türkiyəni “Eurovision”da “Yüksek Sadakat” Live It Up (Həyatını yaşa) adlı mahnı ilə təmsil etdi. Türkiyəni 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi amma yarım finaldan keçə bilmədi.
Yüksək sahil
Yüksək Sahil (isv. Höga Kusten) — İsveçin şimal-şərqindəki Angermanland əyalətində, Kramfors, Harnosand və Örnsköldsvik bələdiyyələrinin ərazisində yerləşən İvaniya körfəzindəki İsveç sahillərinin bir hissəsi. Bu buzlaqların əriməsi nəticəsində torpaq yüksəlir, buzlaqdan sonrakı qalxma və izostasiya hadisəsi burada aydın nəzərə çarpır. Son buz dövründən bəri bölgə qeyri-adi hündür uçurumları əhatə edən 300 metr artmışdır. Yüksək sahil İsveç, Fin Şimali Kvarken boğazı Dünya İrsi Mirasının bir hissəsidir. Bu gün Hoqa Kusten kimi tanınan ərazi tarixən Angermanland sahili kimi tanınmışdır. 1974-cü ildə Yüksək sahil termini ərazidə bir məlumat ilə əlaqələndirilmişdir. 2000-ci ildə YUNESKO bölgəni Dünya İrsi Mirasina daxil etmişdir. Yüksək sahil ərazisi, yer səthinin buzlu və quru sahələrini meydana gətirən mühüm proseslərin başa düşülməsi üçün əla fürsətlər verir. 2006-cı ildə Yüksək sahil Şimali Kvarken boğazı əraziləri ilə birləşdirildi.
Yüksək fentezi
Epiz fentezi və ya yüksək fentezi — fentezinin quruluşunun epik təbiəti və ya personajlarının, mövzularının və ya süjetinin epik boyu ilə xarakterizə olunan altjanrı. "Yüksək fentezi" termini 1971-ci ildə yazdığı "Yüksək fentezi və qəhrəman romantikası" adlı essesində ortaya çıxmışdır. Epik fentezi adətən mövzuları və verdiyi mesajları ilə müəyyən edilir. Xeyir və şər epik fentezidə ortaq amildir və şərin xarakterini müəyyən etmək çox vaxt epik fentezi əsərində vacib mövzudur. Xeyir və şər məfhumunun əhəmiyyəti epik fentezi ilə qılınc və sehr arasında fərqləndirici əlamət kimi qəbul edilir. "Fantasy Genre Lecture"—A paper by Michael Joseph discussing high fantasy and referencing Alexander's theories, via Rutgers' School of Communication and Information.
Yüksək texnologiya
Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər. Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.
Yüksək texnologiyalar
Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər. Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.
Yüksək keyfiyyət
Yüksək keyfiyyət (ing. High Fidelity) — 2000-ci ildə ekranlara çıxan romantik komediya filmi. Rob Qordon otuz yaşlarında albom mağazasında işləyən bir kişidir. O, bu yaxınlarda sevgilisi Loranın münasibətlərinə son qoyması ilə daha bir ayrılıqla üzləşib. Rob niyə münasibətlərdə həmişə bəxti gətirməyən tərəf olduğu ilə maraqlanır. O, cavab əldə etmək üçün keçmiş sevgililərinə üz tutur və Loranı geri qazanmağa çalışır. John Cusack — Rob Gordon Iben Hjejle — Laura Cek Blek — Barry Judd Todd Louiso — Dick Ketrin Zeta-Cons — Charlie Nicholson Lisa Bonet — Marie DeSalle Sara Gilbert — Anaugh Moss Chris Bauer — Paul Lili Taylor — Sarah Kendrew Joan Cusack — Liz Tim Robbins — Ian "Ray" Raymond Joelle Carter — Penny Hardwick Chris Rehmann — Vince Ben Carr — Justin Natasha Gregson Wagner — Caroline Fortis Drake Bell — gənc Rob Gordon Brüs Sprinqstin — özü (kameo) Ian Williams — mağazadakı adam (kameo) Al Johnson — mağazadakı çox bilmiş High Fidelity — Internet Movie Database saytında.